Image default
DünyaSiyasət

Bəhreyndə yenidən hava həyəcanı elan edildi

Bəhreyndə İranın hücumları ilə əlaqədar qısa müddət ərzində yenidən hava həyəcanı elan olunub.

Bugun.tv xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyi ölkə ərazisində xəbərdarlıq siqnallarının yenidən işə salındığını açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, sakinlərə sakitliyi qorumaq, ən yaxın təhlükəsiz sığınacaqlara getmək və vəziyyətlə bağlı məlumatları yalnız rəsmi mənbələrdən izləmək tövsiyə olunub.

Rəsmi məlumatda bildirilir ki, gün ərzində Bəhreyndə artıq dördüncü dəfə hava həyəcanı elan edilib. Təhlükəsizlik tədbirləri gücləndirilib və aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Bu arada İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki Sakhir hava limanında yerləşən ABŞ hərbi qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının texniki xidmət və saxlanma anbarlarına zərbələr endirildiyini iddia edib. Qurumun açıqlamasına görə, daha sonra Selman limanında ABŞ-ın TF-59 dəniz qüvvələrinin istifadə etdiyi obyektlər də hədəfə alınıb, nəticədə bəzi tikililərə və dəniz vasitələrinə ziyan dəyib.

Hələlik Bəhreyn və ABŞ rəsmiləri İranın səsləndirdiyi bu iddialarla bağlı rəsmi mövqe açıqlamayıblar.

Mənbə:  Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Niyə bəzi insanlar solaxay doğulur? – Alimlər səbəbləri açıqlayır

Aynur Camal

Əraqçi: Türkiyə İranın parçalanmasının qarşısının alınmasında mühüm rol oynadı

Aynur Camal

700 illik kilsədə qızıl sikkələr tapıldı: Anonim məktub hər kəsi kövrəltdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu