Hadisə

İtaliyanın Siciliya adasında meşə yanğınları yaşayış məntəqələrini təhdid edir

Bugun.tv xəbər verir ki, İtaliyanın Siciliya adasında müxtəlif ərazilərdə baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər fasiləsiz davam edir. Güclü külək alovun daha geniş ərazilərə yayılmasına səbəb olub.

Yerli mənbələrin məlumatına görə, Palermo şəhəri yaxınlığındakı Lonqa dağının ətəyində başlayan yanğın gecə saatlarında daha da güclənib. Palermo ətrafındakı Trabia bölgəsində də alov meşəlik əraziləri bürüyərək bəzi avtomobil yollarının bağlanmasına və yaşayış məntəqələrinin təhlükə altına düşməsinə səbəb olub.

Təhlükəsizlik qüvvələri və yanğınsöndürənlər risk altında olan ərazilərdən sakinlərin təxliyəsini həyata keçiriblər. Bəzi yaşayış evlərinin alovun əhatəsində qaldığı bildirilir.

Yanğınlar Siciliyanın digər bölgələrində də elektrik enerjisinin kəsilməsinə, yolların bağlanmasına və gündəlik həyatın pozulmasına səbəb olub. Palermo ilə Kataniya şəhərlərini birləşdirən magistral yolun bəzi hissələrində də yanğınlar qeydə alınıb.

Adanın cənubunda, Aqrigento vilayətinin Santo Stefano Kviskina qəsəbəsi yaxınlığında baş verən yanğın da küləyin təsiri ilə genişlənərək yaşayış məntəqələrinə yaxınlaşıb. Təhlükəsizlik məqsədilə 100-dən çox sakin ərazidən təxliyə edilib.

Meşə yanğınlarının söndürülməsi üçün əraziyə çoxsaylı helikopterlər və yanğınsöndürmə təyyarələri cəlb olunub.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da meşə yanğını nəzarətdən çıxdı: 42 min nəfərə təxliyə xəbərdarlığı edildi

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Sərnişin qatarı relsdən çıxdı: 11 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu