Image default
Sosial

Qərbi Azərbaycan İcmasında ilk yarımilin yekunları müzakirə olundu

Bugun.tv xəbər verir ki, Qərbi Azərbaycan İcmasında 2026-cı ilin birinci yarımilinin yekunlarına və qarşıdakı dövrün prioritetlərinə həsr olunmuş hesabat iclası keçirilib.

Tədbir şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardından isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İclasda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli cari ilin ilk altı ayında görülən işlər barədə geniş hesabat təqdim edib.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli

O bildirib ki, bu müddətdə beynəlxalq əlaqələrin genişləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tarixi-mədəni irsin qorunması və Qayıdış Konsepsiyasının təbliği istiqamətində mühüm addımlar atılıb.

Əziz Ələkbərli rayon icmaları və nümayəndəliklərin fəaliyyətinin daha səmərəli əlaqələndirilməsi, idarəetmədə çevikliyin artırılması və təşkilatlanmanın gücləndirilməsi üçün yeni iş prinsipinin tətbiq ediləcəyini də qeyd edib. Onun sözlərinə görə, İcmanın altı aylıq fəaliyyəti ayrıca nəşr şəklində ictimaiyyətə təqdim olunacaq.

İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova

İclasda çıxış edən İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, Qəyyumlar Şurasının sədri Mürvət Həsənli, Ziyalılar Şurasının sədri Elxan Hüseynov, jurnalist Telli Pənahqızı, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Tovuz nümayəndəsi Fərmayıl Cəfərov və Binəqədi nümayəndəliyinin sədri Həsən Bayramov görülən işləri yüksək qiymətləndirərək fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Fərmayıl Cəfərov Qərbi Azərbaycanın tarixi ilə bağlı yeni arxiv sənədləri və tarixi faktların elmi dövriyyəyə daxil edilməsinin vacibliyini vurğulayıb.

İclasda görülən işlər və əldə olunan nəticələr geniş müzakirə olunub, mövcud problemlər təhlil edilib, rayon icmaları ilə nümayəndəliklərin fəaliyyətinin gücləndirilməsi və gələcək dövr üçün əsas prioritetlər müəyyənləşdirilib.

Sonda iştirakçılar Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və beynəlxalq müstəvidə daha geniş təbliği, soydaşlarımızın öz doğma yurdlarına sülh yolu ilə qayıdışının təmin edilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildiriblər.

Qərbi Azərbaycan İcması, Qayıdış Konsepsiyası, Qərbi Azərbaycan həqiqətləri, hesabat iclası, rayon icmaları, beynəlxalq təbliğat, Milli Məclis deputatları

Mənbə: QaynarXett

Aynur Camal

Oxşar xəbərlər

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün xüsusi kampaniyaya başladı

Bugün TV

Ceyhun Məmmədov: Milli dəyərlərin qorunmasında gənclərin üzərinə böyük məsuliyyət düşür

Aynur Camal

Soyuq su ilə hazırlanan ilk hazır əriştə Yaponiyada satışa çıxarılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu