Image default
Dünya

Rusiya Müdafiə Nazirliyi: İki yaşayış məntəqəsi nəzarətə götürüldü, 808 PUA vuruldu

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi son sutka ərzində Ukraynada keçirilən hərbi əməliyyatlar zamanı Xarkov və Zaporojye vilayətlərində iki yaşayış məntəqəsinin Rusiya qüvvələrinin nəzarətinə keçdiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, “Şimal” qoşun qruplaşması Xarkov vilayətinin Artelnoye, “Şərq” qoşun qruplaşması isə Zaporojye vilayətinin Blagodatnoye yaşayış məntəqəsini nəzarətə götürüb.

Bildirilib ki, son 24 saat ərzində Rusiya ordusu Ukraynanın iki “Neptun” sahil müdafiə raket kompleksini, logistika mərkəzlərini, yanacaq və nəqliyyat infrastrukturunu, həmçinin Ukrayna hərbçilərinin və xarici muzdluların yerləşdiyi 152 hədəfi vurub.

Nazirliyin açıqlamasına əsasən, Rusiya hava hücumundan müdafiə qüvvələri son bir gündə 9 idarəolunan aviasiya bombasını və 808 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Rusiya tərəfi həmçinin iddia edib ki, Ukrayna ordusu son sutkada bütün cəbhə xətti boyunca təxminən 1270 hərbçi itirib.

Qeyd edək ki, bu məlumatlar Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Tramp Livan prezidentini Ağ Evdə qəbul etdi: əsas müzakirə mövzusu İsraillə münasibətlər oldu

Aynur Camal

ABŞ: İranla müharibənin xərci 37,5 milyard dollara çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu