ABŞ və İran arasında davam edən hərbi gərginlik fonunda Tehranın Vaşinqtonun atəşkəs təklifini qəbul etmədiyi iddia olunur. Bu barədə The New York Times İran və İraq rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-ın hazırladığı atəşkəs təklifi İraqın Baş naziri Əli əz-Zeydi tərəfindən Tehrana son səfəri zamanı İran rəhbərliyinə çatdırılıb. Lakin İran rəsmiləri Hörmüz boğazının yekun statusu ilə bağlı həll yolu təqdim etməyən “müvəqqəti razılaşma” ilə maraqlanmadıqlarını bildirərək təklifi rədd ediblər.
Qeyd olunur ki, təklifin məzmunu və şərtləri hələlik ictimaiyyətə açıqlanmayıb.
Xatırladaq ki, İraqın Baş naziri Əli əz-Zeydi diplomatik danışıqlar aparmaq məqsədilə İrana səfər edib. O, Tehranda İran Prezidenti Məsud Pezeşkian tərəfindən rəsmi mərasimlə qarşılanıb. Tərəflər arasında keçirilən görüşlərdən sonra müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlərin imzalanma mərasimi baş tutub.
Mənbə: EnSonHaber

