Image default
Dünya

Nvidia ABŞ-da 1,5 milyard dollarlıq çip layihəsinə başlayır

ABŞ-ın texnologiya nəhəngi Nvidia süni intellekt infrastrukturunun genişləndirilməsi məqsədilə yarımkeçirici qablaşdırılması və sınağı sahəsində fəaliyyət göstərən Amkor Technology şirkəti ilə 1,5 milyard dollarlıq uzunmüddətli strateji əməkdaşlıq müqaviləsi imzalayıb.

Reuters agentliyinin məlumatına görə, razılaşma çərçivəsində ABŞ-da qabaqcıl çip qablaşdırılması və test imkanları genişləndiriləcək. Nvidia bu layihəyə əvvəlcədən maliyyə dəstəyi ayıracaq və vəsait əsasən Amkorun Arizona ştatındakı istehsal gücünün artırılmasına yönəldiləcək.

Şirkətlər yeni nəsil süni intellekt və yüksək məhsuldarlıqlı hesablama platformaları üçün qabaqcıl çip qablaşdırılması və sınaq texnologiyalarını birgə inkişaf etdirəcəklər. Layihənin məqsədi artan AI tələbatını qarşılamaq və ABŞ-da yarımkeçirici istehsalı zəncirini gücləndirməkdir.

Məlumatdan sonra Amkor Technology şirkətinin səhmləri birjadankənar ticarətdə təxminən 17 faiz bahalaşıb. Ekspertlər hesab edirlər ki, bu əməkdaşlıq ABŞ-ın süni intellekt sahəsində istehsal imkanlarını artırmaq və xarici təchizat zəncirindən asılılığı azaltmaq strategiyasının tərkib hissəsidir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

İngiltərə İranın təhdidindən sonra: Ölkəmizi 24 saat müdafiə etməyə hazırıq

Aynur Camal

Proqram xətası: yüzlərlə ABŞ vətəndaşı olmayan şəxs səs verdi

Aynur Camal

Tramp Ağ Ev müxbirlərinin ənənəvi şam yeməyinə qayıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu