Dünya

Tramp Ağ Ev müxbirlərinin ənənəvi şam yeməyinə qayıdır

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp aprel ayında baş vermiş silahlı insident səbəbindən təxirə salınan Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) ənənəvi şam yeməyində bu gün iştirak edəcək.

Tədbir əvvəlcə Vaşinqtondakı Hilton otelində keçirilməli idi. Lakin aprelin 25-də silahlı şəxsin təhlükəsizlik postunda atəş açmasından sonra mərasim təxirə salınmışdı. Hadisə zamanı Məxfi Xidmət əməkdaşı Viktor Qonzales yaralanmış, hücumun qarşısını almışdı.

Bu il şam yeməyi gücləndirilmiş təhlükəsizlik tədbirləri altında Waldorf Astoria otelində təşkil olunur. ABŞ Məxfi Xidməti tədbir məkanında geniş təhlükəsizlik planının həyata keçirildiyini açıqlayıb.

Mərasimdə hücum zamanı yaralanan Məxfi Xidmət əməkdaşı Viktor Qonzales, həmçinin qonaqların təxliyəsində iştirak edən hotel əməkdaşları xüsusi mükafatlarla təltif olunacaqlar.

100 ildən artıq tarixə malik olan WHCA şam yeməyi jurnalistika təqaüdlərinin maliyyələşdirilməsinə xidmət edir və ABŞ Konstitusiyasının söz və mətbuat azadlığını təmin edən Birinci Düzəlişinə həsr olunur.

Reuters qeyd edir ki, Donald Tramp əvvəlki prezidentlik dövründə bu tədbirləri boykot etsə də, builki mərasimdə çıxış etməsi planlaşdırılır. Son illərdə onun administrasiyası ilə media arasında münasibətlər gərgin olaraq qalır.

Mənbə:  Reuters

Aynur Camal

Oxşar xəbərlər

İngiltərə İranın təhdidindən sonra: Ölkəmizi 24 saat müdafiə etməyə hazırıq

Aynur Camal

Proqram xətası: yüzlərlə ABŞ vətəndaşı olmayan şəxs səs verdi

Aynur Camal

Nvidia ABŞ-da 1,5 milyard dollarlıq çip layihəsinə başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu