Maraqlı faktlar

Tam günəş tutulması: Otellər iki il əvvəlcədən sifariş edilir

Yeni Zelandiyanın Dunedin şəhəri 2028-ci ildə baş tutacaq nadir astronomik hadisəyə hazırlaşır.

Bugun.tv xəbər verir ki, 22 iyul 2028-ci ildə müşahidə olunacaq tam Günəş tutulmasına görə şəhərdəki bəzi otellər artıq iki il əvvəldən rezervasiya qəbul edir.

Məlumata görə, Ay 22 iyul 2028-ci il tarixində yerli vaxtla saat 16:17-də Günəşin önündən keçəcək və Yeni Zelandiyanın cənubunda təxminən 100 kilometr enində kölgə zolağı yaradacaq. Kvinstaun və Dunedin daxil olmaqla bu ərazidə gündüz təxminən 2 dəqiqə 51 saniyə tam qaranlıq olacaq.

Tūhura Otago Muzeyinin direktoru və astronom İan Qriffin bildirib ki, Dunedində sonuncu tam Günəş tutulması 1163-cü ildə, yəni Yeni Zelandaya insanların gəlməsindən əvvəl müşahidə olunub.

Şəhər rəhbərliyi hadisənin böyük turizm axını yaradacağını gözləyir. Əhalisi 130 min nəfər olan Dunedinə tutulma zamanı təxminən 35 min turistin gələcəyi proqnozlaşdırılır. Bəzi hotellər artıq xüsusi “Günəş tutulması paketi” hazırlayıb və bu paketlərə pulsuz qoruyucu eynəklər də daxildir.

Tutulma Maori xalqının Yeni ili sayılan Matariki bayramından qısa müddət sonra baş verəcək. Bu münasibətlə Dunedində gecə səması və astronomiyaya həsr olunmuş festivalın keçirilməsi planlaşdırılır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən təhlükəli gölü: İçinə düşən canlıların daşlaşdığı Natron gölü

Aynur Camal

Gündə nə qədər pomidor və xiyar yemək olar?

Aynur Camal

Dünyanın ən bahalı standart otel nömrəsi Dubaydadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu