Dünya

Rusiya: Ukraynanın 7 bölgəsində hərbi hədəfləri vurduğunu açıqladı

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın müxtəlif bölgələrində hərbi obyektlərə genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, gecə saatlarında quru, hava və dəniz platformalarından buraxılan uzaqmənzilli yüksək dəqiqlikli silahlar, həmçinin pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

Bildirilib ki, zərbələr nəticəsində Kiyev və Lvov şəhərləri ilə yanaşı, İvano-Frankivsk, Jitomir, Rivne, Vinnitsa və Dnepropetrovsk vilayətlərində yerləşən hərbi aerodromlar, müdafiə sənayesi müəssisələri, hərbi rabitə və logistika mərkəzləri hədəfə alınıb.

Rusiya Müdafiə Nazirliyi həmçinin Yujnıy limanında yerləşən bir yük gəmisinin, eləcə də Odessanın şərq və cənub istiqamətlərində silah və hərbi təyinatlı yüklər daşıdığı iddia edilən daha iki quru yük gəmisinin vurulduğunu bildirib.

Ukrayna tərəfi isə Rusiyanın bu açıqlamaları ilə bağlı hələlik rəsmi məlumat yaymayıb. Müharibə şəraitində tərəflərin səsləndirdiyi hərbi məlumatları müstəqil mənbələr vasitəsilə operativ şəkildə təsdiqləmək mümkün olmur.

Mənbə: Bugun.tv

Aynur Camal

Oxşar xəbərlər

Girişi qadağan olunan ada: Burada yaşayan zəhərli ilanlar bir dişləmədə öldürə bilər

Aynur Camal

ABŞ İranda onlarla hərbi hədəfə zərbələr endirdi

Aynur Camal

ABŞ-ın İrana zərbəsi zamanı yaşayış binasının zədələndiyi bildirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu