Dünya

Alimlər dünyanın ən zəhərli yosun növünü müəyyən etdilər

Bugun.tv xəbər verir ki, alimlər Cənubi Avstraliya sahillərində ötən il yüz minlərlə dəniz canlısının ölümünə səbəb olan Karenia cristata adlı mikroyosun növünün indiyədək öyrənilmiş ən zəhərli mikroalqlardan biri olduğunu müəyyən ediblər.

Nature Ecology & Evolution jurnalında dərc olunan araşdırmaya görə, bu mikroyosun balıqların, ilbizlərin, ahtapotların, dəniz atlarının, quşların və dəniz məməlilərinin kütləvi ölümünə səbəb olub. Hadisə zamanı sahilə yayılan zəhərli köpüklə təmasda olan sörfçülər və yerli sakinlərdə öskürək, boğaz ağrısı və görmənin bulanıqlaşması kimi əlamətlər müşahidə edilib.

Sidney Texnologiya Universitetinin tədqiqatçıları laboratoriya şəraitində apardıqları analizlər zamanı Karenia cristata növünün indiyədək qeydə alınmış ikinci ən zəhərli mikroalgdan təxminən 10 dəfə daha güclü toksin ifraz etdiyini müəyyən ediblər.

Mütəxəssislər bildirirlər ki, bu yosun sinir sisteminə təsir edən brevetoksin maddəsi istehsal edir və soyuq sularda da yaşaya bilir. Araşdırma müəllifləri oxşar iqlim və sahil şəraitinə malik digər ölkələrdə də bu növün yayılma riskinin olduğunu vurğulayırlar.

Hazırda alimlər mikroyosunun sürətlə çoxalmasına səbəb olan ekoloji amilləri və zəhərlənmə mexanizmini daha dəqiq müəyyənləşdirmək üçün tədqiqatlarını davam etdirirlər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Yayda arıqlamağın ən effektiv yolu açıqlanıb

Aynur Camal

Qastroenteroloq: İki boşqab yemək həmişə zərərli deyil

Aynur Camal

Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu