Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən görüşlərin yekununda mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf edir. Dövlət başçısı iqtisadiyyat, nəqliyyat, energetika, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan razılaşmaların iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Prezidentlər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Daha sonra Qırğızıstan Prezidenti Sadır Japarovun və birinci xanım Ayqul Japarovanın adından Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Çolpon-Ata şəhərində dövlət ziyafəti verilib.
Mənbə: prezident.az
