Dünya

İran: Omanla danışıqlar Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidinə yönəlib

Bugun.tv xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin ABŞ ilə danışıqlar aparmadığını, Omanla keçirilən görüşlərin isə yalnız Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinə həsr olunduğunu bildirib.

Tehranda keçirilən mətbuat konfransında çıxış edən Bəqayi qeyd edib ki, tərəflər boğazda təhlükəsiz gəmi keçidini təmin etmək məqsədilə müvəqqəti marşrutların müəyyənləşdirilməsi üzərində işləyirlər. Onun sözlərinə görə, ABŞ-ın bölgədəki hərbi fəaliyyəti və tətbiq etdiyi təzyiqlər davam etdiyi müddətdə Hörmüz boğazındakı mövcud vəziyyət dəyişməyəcək.

Bəqayi bildirib ki, hazırda vasitəçi rolunu Pakistan oynayır, Qətər isə vasitəçilik səylərinə dəstək verir. O, Çinin də bölgədə gərginliyin artmasından narahat olduğunu və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün diplomatik səylər göstərdiyini vurğulayıb.

Nazirlik sözçüsü ABŞ-ın bölgədəki hərbi bazalarının sabitliyi pozduğunu iddia edərək, İranın təhlükəsizliyinə qarşı təhdidlərin yalnız güclü çəkindiricilik siyasəti ilə qarşısının alına biləcəyini söyləyib.

Bəqayi həmçinin Ukraynanın Xəzər dənizində İrana məxsus gəmiyə hücumu ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna rəsmiləri hadisənin qəsdən baş vermədiyini desələr də, Tehran bunun təsdiqlənməsini gözləyir və oxşar hadisələrin təkrarlanmaması üçün zəruri tədbirlər görəcək.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Aralıq dənizinin isinməsi invaziv dəniz canlılarının yayılmasını sürətləndirir

Aynur Camal

Qızıldan daha dəyərli yeni mineral aşkar edildi

Aynur Camal

Dondurma boğaz ağrısını sağalda bilərmi? – Həkimdən açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu