26 C
Baku
17 Sentyabr 2026, 20:02
DünyaMaraqlı faktlar

Qızıldan daha dəyərli yeni mineral aşkar edildi

Bugun.tv xəbər verir ki, Rusiya alimləri Xibin dağ massivində yerləşən Kirov mədənində elmə əvvəllər məlum olmayan yeni mineral aşkar ediblər. “Kola aşkroftini” (Kольский ашкрофтин) adlandırılan mineralın dəyərinin qızıldan daha yüksək olduğu bildirilir.

Rusiya Təhsil və Elm Nazirliyinin məlumatına görə, kəşf Rusiya Elmlər Akademiyasının Kola Elmi Mərkəzi, Sankt-Peterburq Dövlət Universiteti və A.E. Fersman adına Mineralogiya Muzeyinin alimləri tərəfindən edilib.

Mütəxəssislər bildirirlər ki, yeni mineralın tərkibində yer qabığında rast gəlinən bir çox kimyəvi element, o cümlədən nadir torpaq elementi hesab olunan ittrium mövcuddur. Bu səbəbdən mineralın cəmi bir millimetrlik təbəqəsinin orta dəyəri 145 ABŞ dolları olaraq qiymətləndirilir ki, bu da eyni ölçüdə qızılın qiymətini üstələyir.

Alimlərin sözlərinə görə, “Kola aşkroftini”nin əsas fərqi onun tərkibində kalsium, manqan və flüor elementlərinin olmasıdır. Həmçinin kristal quruluşu baxımından bu mineral elmə məlum olan ən mürəkkəb mineral strukturlarından biri hesab edilir.

Qeyd edək ki, klassik aşkroftin mineralları dünyada olduqca nadir sayılır və əsasən Qrenlandiya, Kanada və İtaliyada aşkarlanıb.

Mənbə: RİA Novosti

Aynur Camal

Oxşar xəbərlər

Okeanın dibinə plastikdən süni dəniz otu yerləşdirdilər: Nəticə təəccübləndirdi

Aynur Camal

Bloomberg: İran blokadasının xərcləri ABŞ-ın digər bölgələrdəki hərbi imkanlarını zəiflədir

Aynur Camal

Snapchat yeniyetmələr üçün gündəlik istifadə limitləri tətbiq etməyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu