Hadisə

Məktəbdə silahlı hücum: 14 yaşlı yeniyetmə 7 nəfəri öldürdü

Bugun.tv xəbər verir ki, Tailandın paytaxtı Banqkok yaxınlığındakı Nonthaburi əyalətində 14 yaşlı yeniyetmə əvvəlcə evdə nənə və babasını güllələyib, daha sonra isə oxuduğu məktəbdə silahlı hücum həyata keçirib. Reuters-in məlumatına görə, hadisə nəticəsində ümumilikdə 7 nəfər həlak olub, onlarla insan isə yaralanıb.

Məlumata əsasən, yeniyetmə babasına məxsus qanuni qeydiyyatda olan tapançadan istifadə edib. O, məktəbdə əsasən müəllimlər və işçi heyətinə atəş açıb. Hücumdan sonra özünü güllələyən yeniyetmə aldığı xəsarətlərdən həyatını itirib. Hadisə zamanı 20-dən çox yaralı xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin araşdırmalara görə, hücum edən şagird məktəblə bağlı güclü psixoloji təzyiq yaşayırmış və psixi sağlamlıq problemləri olub. Hadisədən sonra Tailandın Baş naziri Anutin Çarnvirakul həlak olanların ailələrinə başsağlığı verib və ölkədə silah dövriyyəsinə nəzarətin daha da sərtləşdirilməsi üçün yeni qanun layihəsinin hazırlanacağını açıqlayıb.

Bu hadisə son illərdə Tailandda baş verən ən ağır silahlı hücumlardan biri hesab olunur və ölkədə məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Dörd nəfəri bıçaqlayan qadın həbs edildi

Aynur Camal

Heyvan yemi üçün əkilmişdi, milyonlarla hektar ərazini işğal etdi

Aynur Camal

Cənubi Koreyada rekord istilər: Seul tarixində ilk dəfə ən yüksək səviyyəli istilik xəbərdarlığı elan etməyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu