Bu gün axşam Avropada 1999-cu ildən bəri ilk total günəş tutulması baş verəcək. Yol Qrenlandiya, İslandiya və İspaniyanın şimalından keçir.
Le Monde yazır ki, İspaniyada Aemet-in proqnozuna görə ərazinin 80%-də hava açıq olacaq. Tutulma Qalisiyadan Aralıq dənizinə qədər diaqonal xətt üzrə 13 muxtar bölgəni əhatə edəcək.
İspaniyada 500-dən çox rəsmi müşahidə nöqtəsi yaradılıb. Maksimum total faza 2 dəqiqə 18 saniyə davam edəcək.
Eyni zamanda ölkədə güclü istilər davam edir: bəzi rayonlarda 40°C gözlənilir və meşə yanğınları riski “ekstremal” səviyyədədir. Yanvar ayıdan bəri İspaniyada 258 min hektar meşə yanıb.
Ekspertlər izləyicilərə xüsusi filtrlərdən istifadə etməyi tövsiyə edir.
Mənbə: ApNews
