Hadisə

Meşə yanğınları riski ilə əlaqədar 50 vilayətdə narıncı səviyyəli xəbərdarlıq elan edildi

Bugun.TV xəbər verir ki, Fransada rekord səviyyədə isti hava və quraqlıq davam edərkən, yüksək meşə yanğını riski səbəbindən 50 vilayətdə narıncı səviyyəli xəbərdarlıq elan olunub.

Fransanın meteorologiya xidməti Météo-France-ın məlumatına görə, ölkədə hökm sürən yüksək temperatur və quraqlıq meşə yanğınlarının başvermə riskini əhəmiyyətli dərəcədə artırıb. Xəbərdarlıq elan edilən vilayətlərin əksəriyyətinin ölkənin şimal-qərbində yerləşdiyi bildirilib.

Ölkənin bəzi bölgələrində havanın temperaturunun gün ərzində 40 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Beşinci isti hava dalğası

Fransada bu yay artıq beşinci isti hava dalğası müşahidə olunur. Ölkənin şimalındakı Pas-de-Kale vilayətində ötən gün başlayan meşə yanğını isə hələ də tam nəzarətə götürülməyib.

Pas-de-Kale prefekturasının məlumatına görə, yanğın nəticəsində 180 hektar ərazi zərər görüb, bir ev isə istifadəyə yararsız vəziyyətə düşüb.

İlle-et-Vilayn prefekturasının məlumatına əsasən, Sen-Jüst kəndində başlayan digər meşə yanğını nəticəsində indiyədək 200 hektar ərazi yanıb. Bölgədən 96 nəfər təxliyə edilib, 208 yanğınsöndürən isə alovun qarşısının alınması üçün işlərini davam etdirir.

Fransada yüksək temperaturun və quraqlığın davam etməsi fonunda yaxın günlərdə meşə yanğınları riskinin yüksək olaraq qalacağı bildirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İspaniya və Avropa total günəş tutulmasına hazırlaşır

Aynur Camal

Kolumbiyada zəlzələ qurbanlarının sayı 224-ə çatdı

Aynur Camal

Tam Günəş tutulması hansı ölkələrdən izlənilə biləcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu