Dünya

Venesiya yaxınlığındakı Napoleon qalalı ada satışa çıxarıldı

Bugun.tv xəbər verir ki, Venesiya laqununda yerləşən və üzərində Napoleon dövrünə aid qala olan Crevan adası satışa çıxarılıb.

The Guardian yazır ki, futbol meydançasından bir qədər kiçik olan ada 1806-cı ildə Fransa ordusu tərəfindən Napoleon dövründə Venesiya laqununun şimal hissəsini Avstriya imperiyasından qorumaq məqsədilə strateji hərbi məntəqə kimi inşa edilib. Ada 1815-ci ildə Avstriyanın nəzarətinə keçib, 1866-cı ildə isə İtaliya dövlətinin tərkibinə daxil olub.

Uzun müddət hərbi məqsədlərlə istifadə olunan Crevan daha sonra baxımsız vəziyyətə düşüb. Ada özəl şəxs tərəfindən alındıqdan sonra buradakı tarixi tikililər bərpa edilib. Napoleon qalası hazırda dörd yataq otağı olan villaya çevrilib. Ərazidə baxımlı bağlar, meyvə və dekorativ ağaclar, şəxsi qayıq dayanacağı və helikopter meydançası da var.

Crevan adası Venesiyanın məşhur Burano və Torçello adalarının yaxınlığında yerləşir. Əmlak agentlikləri adanı satışa çıxarsalar da, tələb olunan qiymət hələlik açıqlanmayıb.

The Guardian qeyd edir ki, Venesiya laqununda başqa özəl adalar da satışdadır. Beləliklə, tarixi qala ilə birlikdə bütöv bir adaya sahib olmaq istəyənlər üçün Crevan olduqca qeyri-adi əmlak variantına çevrilib.

Mənbə:  The Guardian

Aynur Camal

Oxşar xəbərlər

ABŞ hərbi-nəqliyyat təyyarəsi Moskvaya endi

Aynur Camal

Tramp Ontario gölünün adını “Amerika gölü” qoymağı düşünür

Aynur Camal

ABŞ-ın İrana qarşı sanksiyaları Çinlə münasibətlərə də təsir edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu