DünyaSiyasət

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ontario gölünün ABŞ ərazisindəki rəsmi adının “Amerika gölü” olaraq dəyişdirilməsi barədə fərman imzalayıb.

The Guardian-ın məlumatına görə, sərəncam ABŞ-ın federal qurumlarına xəritələrdə, sənədlərdə və məlumat bazalarında yeni addan istifadə etməyi tapşırır. Lakin ABŞ prezidentinin gölün Kanada ərazisində yerləşən hissəsinin adını dəyişdirmək və Kanada hökumətini, beynəlxalq qurumları və digər ölkələri bu adı qəbul etməyə məcbur etmək səlahiyyəti yoxdur.

Tramp bu qərarı Kanada ilə ABŞ arasında ticarət gərginliyinin artdığı bir vaxtda açıqlayıb. O, daha əvvəl Meksika körfəzinin adının “Amerika körfəzi” kimi dəyişdirilməsi barədə də fərman imzalamışdı.

Kanadanın baş naziri Mark Karni ad dəyişikliyini rədd edib. O bildirib ki, “Ontario” adı Vendat xalqının dilindən gəlir və həm Kanada Konfederasiyasından, həm də ABŞ-ın Müstəqillik Bəyannaməsindən daha qədimdir.

Bir sıra ABŞ ştatlarının qubernatorları da Trampın qərarını qəbul etməyəcəklərini açıqlayıblar. Nyu-York qubernatoru Keti Hoxul “Nyu-York bunu belə adlandırmayacaq” deyib. Viskonsin qubernatoru Toni Evers isə qərarı ələ salaraq Miçiqan gölünün adını zarafatla “Viskonsin gölü” kimi dəyişdirdiyi video yayımlayıb.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

ABŞ-Meksika ticarət danışıqlarında bu dəfə pendir adları mübahisə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu