İqtisadiyyat

Vüqar Bayramov: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 2025-ci ildə 93 faiz artıb

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri fonunda Azərbaycanla Qırğızıstan arasındakı iqtisadi əlaqələri təhlil edib.

Deputat sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstanla strateji tərəfdaşlığı daha da dərinləşir. Bu əməkdaşlıq özünü iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında da göstərir.

Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 93 faiz artaraq 77 milyon dollara çatıb. Ötən il iki ölkə arasında 236 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirilib. Deputat qeyd edib ki, ticarət dövriyyəsində Qırğızıstanın 30 milyon dollarlıq müsbət saldosu formalaşıb.

Bayramov bildirib ki, iki ölkə arasında idxal və ixracda əsas payı iki məhsul qrupu təşkil edir. Azərbaycanın Qırğızıstandan idxalının 83 faizini qızıl məmulatları, ixracının isə təxminən yarısını nəqliyyat vasitələri təşkil edir.

2025-ci ildə Azərbaycan Qırğızıstandan 44,7 milyon dollar dəyərində qızıl idxal edib. Deputatın açıqlamasına görə, bu məhsullar “710813” kodu üzrə rəsmiləşdirilib və beynəlxalq təsnifatda qeyri-monetar məqsədlər üçün yarımfabrikat formada olan qızıl kimi qruplaşdırılır.

Eyni dövrdə Azərbaycan Qırğızıstana 12 milyon dollar dəyərində minik avtomobilləri ixrac edib. Digər əsas idxal məhsulları arasında qabığı təmizlənmiş qoz – 3,1 milyon dollar, günəbaxan toxumu – 1,9 milyon dollar, qurudulmuş mərci isə 1,2 milyon dollar təşkil edib.

Azərbaycanın Qırğızıstana ixracında sürtkü yağları 3,6 milyon dollar, metal emalı üçün dəzgahlar isə 1,3 milyon dollar həcmində olub.

Vüqar Bayramov hesab edir ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün imkanlar genişdir. Deputat xüsusilə ticarətin dayanıqlı olması üçün ixrac və idxal olunan məhsulların sayının artırılmasının, yəni ticarətin şaxələndirilməsinin vacibliyini vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan və Ermənistan arasında ticarət dövriyyəsi 300 milyon dollara çata bilər

Aynur Camal

Azərbaycanda orta pensiya 594 manata çatdı

Aynur Camal

Qazaxıstan Mərkəzi Asiyanın macəra turizmi mərkəzinə çevrilmək istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu