İndoneziyada meşə yanğınları, El-Ninyo, Cənub-Şərqi Asiya, zəhərli tüstü, hava çirklənməsi, Sumatra, Borneo, meşə yanğınları
DünyaHadisə

Meşə yanğınları Cənub-Şərqi Asiyanı zəhərli dumana bürüdü

Bugun.tv xəbər verir ki, İndoneziyada həftələrdir davam edən meşə yanğınlarının tüstüsü qonşu ölkələrə yayılaraq milyonlarla insan üçün ciddi hava çirklənməsi yaradıb. BBC-nin məlumatına görə, xüsusilə Sumatra və Borneo adalarında vəziyyət ağırlaşıb.

Yanğınların genişlənməsinə bölgədə hökm sürən güclü El-Ninyo hava hadisəsinin yaratdığı isti və quraq şərait təsir edir. Bəzi ərazilərdə havanın çirklənmə göstəricisi 600-800 səviyyəsinə çatıb. Bu göstərici sağlamlıq üçün təhlükəli həddən dəfələrlə yüksəkdir.

İndoneziyada meşə yanğınları, El-Ninyo, Cənub-Şərqi Asiya, zəhərli tüstü, hava çirklənməsi, Sumatra, Borneo, meşə yanğınları

İndoneziya Səhiyyə Nazirliyi iyul və avqust aylarında meşə və torpaq yanğınları ilə əlaqəli 50 mindən çox tənəffüs yolu xəstəliyi qeydə alıb. Onlardan 12 mindən çoxunu 5 yaşdan kiçik uşaqlar təşkil edir.

 

İndoneziyada meşə yanğınları, El-Ninyo, Cənub-Şərqi Asiya, zəhərli tüstü, hava çirklənməsi, Sumatra, Borneo, meşə yanğınları

Zəhərli tüstü Malayziya, Sinqapur və Filippinə də yayılıb. Filippində yanğın bölgələrindən təxminən 1 300 kilometr uzaqdakı Palavan adasında belə insanlar boğaz quruluğu, göz qıcıqlanması və baş ağrısından şikayətlənirlər.

Mütəxəssislər xəbərdarlıq edir ki, El-Ninyo daha da güclənərsə, bu il İndoneziyada yanğınların 11 milyon hektara qədər ərazini əhatə etməsi mümkündür. Ölkə rəsmiləri sentyabrı yanğınlarla mübarizənin ən kritik dövrü hesab edir.

 

Mənbə: BBC News

Aynur Camal

Oxşar xəbərlər

Unudulmuş alma növləri yenidən bazara qaytarılır

Aynur Camal

Böyük Britaniyada əlilliyi olan hava sərnişinlərinin hüquqları gücləndiriləcək

Aynur Camal

Quş qripindən sonra dəniz quşlarının sayı bərpa olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu