ABŞ, İran müharibəsi, Reuters Ipsos, amerikalılar, Donald Tramp, ABŞ ictimai rəyi, İran, aralıq seçkiləri
DünyaSiyasət

İran Hörmüz boğazında yeni gəmiçilik marşrutu elan etməyə hazırlaşır

Bugun.tv xəbər verir ki, İran Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı yeni addım atmağa hazırlaşır. İranın təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli şəxsi Möhsün Rzayi bildirib ki, Tehran yaxın günlərdə boğaz ərazisində xüsusi məhdudlaşdırılmış zona elan edəcək və Omanla razılaşdırılmış yeni gəmiçilik marşrutunu açıqlayacaq. Bu açıqlama ABŞ ilə İran arasında neft tankerləri ətrafında qarşıdurmanın yenidən gərginləşdiyi bir vaxtda verilib.

Məlumata görə, son günlər Hörmüz boğazından keçən ticarət gəmilərinin sayı kəskin azalıb. Kpler məlumatlarına əsasən, son 10 gündə boğazdan gündə orta hesabla 10 yük gəmisi keçib. Halbuki əvvəlki günlərdə bu göstərici daha yüksək olub. Bəzi tankerlərin Fars körfəzindən çıxmağa cəhd etdikdən sonra geri qayıtdığı da bildirilir.

Tehran yeni marşrutun məqsədinin gəmiçiliyin davam etdirilməsi olduğunu bildirir. Lakin bölgədə hərbi gərginliyin artması enerji bazarlarında narahatlığı gücləndirir.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Huawei yeni ikiqat qatlanan telefonunu təqdim etdi

Aynur Camal

ABŞ-da qubernatorluğa namizədin seçki tədbirinə silahlı hücum oldu

Aynur Camal

Avstraliya sosial şəbəkələrdə alqoritmlərin söndürülməsinə imkan verən qanun hazırlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu