28 C
Baku
15 Sentyabr 2026, 18:10
Rusiyanın Ermənistana qaz ixracını dayandırması N. Paşinyanın daxildə mövqeyini kifayət qədər gücləndirir.
Siyasət

Məhəmməd Əsədullazadə: “Rusiyanın qaz ixracını dayandırması Paşinyanın mövqeyini gücləndirir”

Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə Rusiyanın Ermənistana qaz ixracını dayandırmasının mümkün siyasi nəticələrini sosial media hesabında şərh edib.

Ekspertin fikrincə, Moskvanın bu addımı Ermənistanda Baş nazir Nikol Paşinyanın daxili siyasi mövqeyini müəyyən qədər gücləndirə bilər. O hesab edir ki, Rusiya tərəfindən tətbiq olunan məhdudiyyətləri Paşinyan ölkənin Moskvadan enerji və siyasi baxımdan asılılığının azaldılması istiqamətində arqument kimi istifadə edə bilər.

Məhəmməd Əsədullazadə bildirib ki, yaranmış vəziyyət Paşinyana daxili auditoriyaya Rusiyadan uzaqlaşma siyasətini əsaslandırmaq üçün əlavə imkan yaradır. Onun sözlərinə görə, enerji məsələsi Ermənistanın xarici siyasətində də yeni istiqamətlərin formalaşmasına təsir göstərə bilər.

Ekspert Azərbaycanın gələcəkdə Ermənistana qaz ixrac edə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, iki ölkə arasında mövcud infrastrukturun olması belə bir imkanın gələcəkdə reallaşmasına şərait yarada bilər.

Əsədullazadə Rusiyanın Cənubi Qafqazdakı gələcək rolunun isə Ukraynada davam edən müharibənin nəticələrindən asılı olacağını düşünür. O qeyd edib ki, Rusiya Ukraynada üstünlük əldə edərsə, regiondakı təsirini yenidən artırmaq üçün müxtəlif siyasi və iqtisadi vasitələrdən istifadə etməyə çalışa bilər.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Ermənistanın revanşist qüvvələri dəstəkləməsi sülh gündəliyinə sadiqliyinə şübhə yaradır

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Suriyadakı etirazların arxasında müəyyən mərkəzlərin olması istisna deyil”

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu