Bugun.tv xəbər verir ki, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda sistemlərin fövqəladə vəziyyətdə dayandırılması ilə bağlı yeni çağırış səsləndirilib.
Anthropic şirkətinin həmtəsisçilərindən biri olan Cek Klark BBC-yə müsahibəsində bildirib ki, süni intellekt gələcəkdə insanlar üçün ciddi təhlükəyə çevrilərsə, proqramı tam dayandıra biləcək mexanizmə ehtiyac yarana bilər.
Mütəxəssisin sözlərinə görə, süni intellekt sistemləri getdikcə daha mürəkkəb və müstəqil fəaliyyət imkanlarına malik olur. Bu isə texnologiyanın nəzarətdən çıxması ilə bağlı risklərin əvvəlcədən nəzərə alınmasını vacib edir.
Müzakirələr əsasən “kill switch” adlandırılan, yəni sistemin fövqəladə halda fəaliyyətini dayandıran mexanizmin necə və kimin tərəfindən idarə ediləcəyi üzərində cəmlənir. Bununla yanaşı, bəzi ekspertlər belə bir düymənin problemin həlli olmadığını və süni intellekt təhlükəsizliyinin daha geniş texniki və hüquqi nəzarət tələb etdiyini bildirirlər.
Süni intellekt sahəsində aparıcı şirkətlərin rəhbərləri də son vaxtlar yüksək səviyyəli sistemlərin inkişaf sürəti və mümkün risklərlə bağlı narahatlıqlarını artırıblar.
Mənbə:
