24 C
Baku
15 Sentyabr 2026, 23:33
Meta AI, süni intellekt, uşaqların rəqəmsal məxfiliyi, sosial media, Kalie Robins, Facebook, Instagram, rəqəmsal təhlükəsizlik
Texnologiya

Bir ananın paylaşımı Meta-nı süni intellekt funksiyasını dəyişməyə məcbur etdi

Bugun.tv xəbər verir ki, ABŞ-da bir ananın sosial şəbəkədə paylaşdığı video Meta-nın süni intellekt sisteminin uşaqlar barədə illər ərzində müxtəlif paylaşımlarda yayılan məlumatları bir araya gətirə bildiyini ortaya çıxarıb.

ABŞ-ın Yuta ştatında yaşayan Kalie Robins qızlarından biri ilə avtomobildə mahnı oxuduğu videonu əvvəlcə Instagram-da, daha sonra isə Facebook-da paylaşıb. Robins videoya yenidən baxarkən Meta AI tərəfindən təklif olunan “Arxa oturacaqdakı uşaq kimdir?” sualını görüb.

Suala kliklədikdən sonra sistem videodakı qızının adını müəyyənləşdirib. Daha sonra digər qızının adını da təqdim edib. Meta AI ailə üzvlərinin əvvəlki sosial media paylaşımlarından istifadə edərək uşaqların adları, doğum tarixləri, yaşları, fotoşəkilləri və maraqları ilə bağlı məlumatları bir araya gətirib.

Robinsin paylaşdığı görüntülərə əsasən, süni intellekt uşaqların yaşına əsasən onların hansı sinifdə ola biləcəyini də təxmin edib. Bundan başqa, sevdikləri kitablar, getdikləri çimərliklər və yürüş marşrutları kimi məlumatlar da sistem tərəfindən müəyyənləşdirilib.

Meta AI daha sonra “Kalie Robins harada yaşayır?” sualını da təklif edib. Sistem əvvəlki paylaşımlardan istifadə etməklə onun yaşayış yeri barədə nəticə çıxarmağa çalışıb.

Hadisə zamanı Robins illər əvvəl sildiyi bir ailə fotosunun da sistemdə göründüyünü bildirib. Meta isə fotonun yaxın vaxtlarda silindiyini və texniki səhv səbəbindən bir müddət görünməyə davam etdiyini açıqlayıb.

Şirkət hadisədən sonra uşaqlar və ailə üzvləri barədə belə şəxsi sualların istifadəçilərə təklif edilməməli olduğunu qəbul edib və müvafiq dəyişiklik etdiyini bildirib. Meta həmçinin süni intellekt cavablarının istifadəçinin onsuz da görə bildiyi məlumatlara əsaslandığını vurğulayıb.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən açıqladı

Aynur Camal

Süni intellekt üçün məcburi “dayandırma düyməsi” təklif edildi

Aynur Camal

Süni intellektlə bağlı xəbərdarlıqlar texnologiya səhmlərini də aşağı saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu