28 C
Baku
16 Sentyabr 2026, 16:17
Sinqapur, kitab oxumaq, doomscrolling, sosial şəbəkələr, kitab oxuyanlara pul, PISA 2025, rəqəmsal asılılıq, təhsil
Maraqlı faktlar

Sosial şəbəkələrdən uzaq qalmaq üçün kitab oxuyanlara pul veriləcək

Bugun.tv xəbər verir ki, Sinqapurda insanların sosial şəbəkələrdə mənfi və narahatedici xəbərləri fasiləsiz izləməsi kimi tanınan “doomscrolling” vərdişi ilə mübarizə aparmaq üçün yeni təşəbbüs həyata keçirilib.

TRT Haber-in məlumatına görə, proqram çərçivəsində vətəndaşlar hər gün ən azı 15 dəqiqə kitab oxuduqlarını hökumətin internet səhifəsində qeyd etməklə 1 Sinqapur dolları qazana biləcəklər.

Bu ay tətbiq olunmağa başlayan proqramda oyunlaşdırma üsulundan istifadə edilir. Təşəbbüsün məqsədi insanların diqqətini daha uzun müddət bir iş üzərində cəmləməsinə, tənqidi düşünmə və təxəyyül qabiliyyətlərinin inkişafına kömək etməkdir.

Sinqapur Milli Kitabxana Şurasının rəhbəri Melissa Tam bildirib ki, faydalı vərdişlər kiçik və asan həyata keçirilən addımlarla formalaşır. Onun sözlərinə görə, insanların hər gün yüzlərlə başlığı sürüşdürərək izlədiyi bir dövrdə sadə oxu hədəfi müəyyənləşdirmək vacibdir.

Sinqapur hökuməti, həmçinin gənclərin sosial şəbəkələrdən daha az zərər görməsi üçün onların gündəlik istifadə müddətinə məhdudiyyət qoyulması imkanını da nəzərdən keçirir.

Məlumata görə, Sinqapur 15 yaşlı şagirdlərin oxu bacarıqları üzrə göstəricilərinə görə 2025-ci il PISA qiymətləndirməsində dünyada ilk sıralarda yer alıb.

Mənbə:  Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Bu parkda torpaq qazanlar almaz tapır: İlin əvvəlindən 214 daş aşkarlandı

Aynur Camal

Arktika buzlarının hərəkətinin sirri açılıb: külək yeganə səbəb deyil

Aynur Camal

Almaniyada qədim slavyan qalasının yerində daha qədim yaşayış izləri tapılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu