28 C
Baku
22 Sentyabr 2026, 16:25
buzlu peyklər, səthaltı okean, kosmik toqquşma, Saturn, Uran, Enselad, kosmik araşdırmalar, Nature Astronomy
Dünya

Buzlu peyklərdə nəhəng toqquşmalar səthaltı okeanları təhlükə altına sala bilər

Bugun.tv xəbər verir ki, yeni elmi araşdırma böyük kosmik toqquşmaların buzlu peyklərdə yeni okeanlar yaratmaq əvəzinə, mövcud səthaltı okeanların ömrünü qısalda biləcəyini göstərib.

Universe Today-in məlumatına görə, NASA, Southwest Research Institute və İsrailin Weizmann Elm İnstitutundan olan alimlər kompüter modelləri vasitəsilə böyük zərbələrin Saturn və Uranın buzlu peyklərinə təsirini araşdırıblar. Tədqiqatın nəticələri Nature Astronomy jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, böyük toqquşma zamanı buzun bir hissəsi ərisə də, yaranan su ilə birlikdə qarışmış süxurlar sonradan sürətlə dərinliyə çökür. Bu proses səthaltı okeanın genişlənməsinə mane olur və onun yenidən donmasına gətirib çıxara bilər.

Araşdırmada xüsusilə Saturn və Uranın daha kiçik buzlu peykləri nəzərdən keçirilib. Saturnun Enselad və Diona peykləri, eləcə də Uranın bir sıra peykləri səthaltı okeanların mövcudluğu və ya keçmişdə mövcud olması baxımından alimlərin diqqətindədir.

buzlu peyklər, səthaltı okean, kosmik toqquşma, Saturn, Uran, Enselad, kosmik araşdırmalar, Nature Astronomy

Tədqiqatçılar hesab edirlər ki, böyük toqquşmaların buzlu peyklərin daxili quruluşuna təsirini anlamaq Günəş sistemində həyat üçün potensial mühitlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

 

Alimlər vurğulayırlar ki, maye su həyat axtarışında əsas göstəricilərdən biridir. Buna görə də səthaltı okeanların nə qədər müddət mövcud qala bilməsi gələcək kosmik araşdırmalar üçün mühüm suallardan biri olaraq qalır.

Mənbə:  UniverseToday.Com

Aynur Camal

Oxşar xəbərlər

Lavrov: Qərb mediası Rusiya dronları ilə bağlı informasiya oyunu aparır

Aynur Camal

Norveçdə 4 min illik uşağın qalıqları alimlərə yeni məlumat verə bilər

Aynur Camal

Madaqaskarın “oxuyan” lemurları opera müğənnilərinin sirrindən istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu