25 C
Baku
29 Sentyabr 2026, 11:53
Çin Yaponiya münasibətləri, Vanq Yi, Tayvan məsələsi, diplomatik gərginlik, İkinci Dünya müharibəsi, Yaponiya militarizmi, Çin xarici siyasəti, Asiya siyasəti
Dünya

Çin: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi də olmayacaq

Bugun.tv xəbər verir ki, Çin xarici işlər naziri Vanq Yi Yaponiyanın İkinci Dünya müharibəsi dövründəki təcavüzkar keçmişindən dərs çıxarmadığı, müharibədən sonrakı nizama qarşı çıxdığı və militarizmə qayıtmağa çalışdığı təqdirdə gələcəyinin təhlükə altına düşəcəyi barədə xəbərdarlıq edib.

“TRT Haber”in məlumatına görə, Vanq Yi Pekində Yaponiyanın Beynəlxalq Ticarətin Təşviqi Assosiasiyasının rəhbəri Takeşi İvayanı qəbul edib. Görüş zamanı Çinli nazir bu il Tokio məhkəmələrinin 80-ci ildönümünün qeyd olunduğunu xatırladıb. Həmin məhkəmələrdə İkinci Dünya müharibəsindən sonra Yaponiyanın hərbi və siyasi rəhbərliyinin nümayəndələri mühakimə olunmuşdu.

Vanq Yi bildirib ki, Yaponiya tarixdən nəticə çıxarmalı, müharibədən sonrakı sülh prinsiplərinə hörmət etməli və keçmişdəki təcavüz siyasətini yenidən gündəmə gətirməkdən çəkinməlidir. O, Tokio rəhbərliyini Tayvan məsələsi ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə, tarixi məsələlərə düzgün yanaşmağa və Çinlə münasibətlərdə obyektiv mövqe tutmağa çağırıb.

Çin-Yaponiya münasibətlərində gərginlik

Nazirin açıqlamaları Pekinlə Tokio arasında Tayvan məsələsinə görə yaranan diplomatik gərginlik fonunda səslənib.

Yaponiyanın Baş naziri Sanae Takaiçinin 7 noyabr 2025-ci ildə parlamentdə Tayvan boğazında mümkün hərbi müdaxilənin Yaponiyanın təhlükəsizliyinə təhdid yarada biləcəyi və ölkənin hərbi gücdən istifadə etməsinə səbəb ola biləcəyi barədə fikirləri Çinin etirazına səbəb olmuşdu.

Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanın müstəqilliyinə yönələn addımlara qarşı çıxır. Yaponiya hökumətinin başçısı isə sonradan açıqlamasının ehtimal xarakteri daşıdığını bildirsə də, sözlərini geri götürməyib.

Gərginlik fonunda Çin Yaponiyaya etiraz notası təqdim edib. Tərəflər arasında fikir ayrılıqları səyahət xəbərdarlıqları, uçuşların ləğvi, ticarət məhdudiyyətləri və digər diplomatik addımlarla müşayiət olunub.

Bundan əlavə, Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndələrinin İkinci Dünya müharibəsində hərbi cinayətlərə görə mühakimə olunmuş şəxslərin dəfn edildiyi Yasukuni məbədinə ziyarətləri və ora ianələr göndərmələri də Çinin narazılığına səbəb olur.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Uzun ekran müddəti uşaqların öyrənmə və dil bacarıqları ilə bağlı risk yaradır

Aynur Camal

Alimlər dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar

Aynur Camal

Kosmosda niyə qəbizlik yaşanır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu