Şəmsiyyə Vüsal, Sözlərim şahidimdir, Vüsal Əliyev, şəhidlərə həsr olunan kitab, şeir təqdimatı, şəhid ailələri, müharibə veteranları, kitab təqdimatı
Mədəniyyət

Şəmsiyyə Vüsalın Şəhid qardaşına həsr etdiyi “Sözlərim şahidimdir” kitabının təqdimatı keçirildi

Bugun.tv xəbər verir ki, bu gün – 7 Oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında şairə Şəmsiyyə Vüsalın “Sözlərim şahidimdir” adlı kitabının təqdimat mərasimi keçirilib.

“Şəmsiyyə Vüsal” təxəllüsü ilə yaradıcılıq fəaliyyəti göstərən Əliyeva Şəmsiyyə Əmir qızı bu təxəllüsü 2016-cı ilin Aprel döyüşlərində Şəhid olan qardaşı Vüsal Əliyev Əmir oğlunun xatirəsinə götürüb.

Həmçinin qeyd edək ki, “Sözlərim şahidimdir” kitabı da müəllifin Şəhid qardaşına, eləcə də Şəhidlərə və qazilərə həsr etdiyi şeir və hekayələrdən ibarətdir.

Şəmsiyyə Vüsal, Sözlərim şahidimdir, Vüsal Əliyev, Şəhidlərə həsr olunan kitab, şeir təqdimatı, Şəhid ailələri, müharibə veteranları, kitab təqdimatı

Tədbirdə Vətən müharibəsi Veteranlarının əməyi rəğbətlə qarşılanıb və Şəhidlərin ruhu əziz tutularaq xatirəsi yad olunub

Təqdimat mərasimində Şəhid anaları, müharibə veteranları, şairlər, yazıçılar və bədii qiraətçilər iştirak ediblər. Tədbir zamanı müəllifin yaradıcılığından nümunələr səsləndirilib, onun şeirləri ifa olunub.

Şəmsiyyə Vüsal, Sözlərim şahidimdir, Vüsal Əliyev, Şəhidlərə həsr olunan kitab, şeir təqdimatı, Şəhid ailələri, müharibə veteranları, kitab təqdimatı

Məlumatı Bugun.tv-yə çatdıran tədbirin təşkilatçısı və aparıcısı, şair, bədii qiraətçi, ictimai xadim, Vətən müharibəsi veteranı, hərbi mütəxəssis Cəbrayıl Qənbər həmçinin bildirib ki, tədbirin məzmunu və keçirildiyi məkan da xüsusi məna daşıyıb.

Əliyeva Şəmsiyyə Əmir qızı – “Şəmsiyyə Vüsal”, “Sözlərim şahidimdir” kitabının müəllifi

Şəhidlərə, qazilərə və Vətən mövzusuna həsr olunan kitabın təqdimatının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında keçirilməsi məqsədəuyğun hesab edilib.

Təqdimat mərasimi diskussiya və debat formatında davam edib, iştirakçılar kitab və müəllifin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Şəmsiyyə Vüsal, Sözlərim şahidimdir, Vüsal Əliyev, Şəhidlərə həsr olunan kitab, şeir təqdimatı, Şəhid ailələri, müharibə veteranları, kitab təqdimatı

Aynur Camal

Oxşar xəbərlər

Seymur Nəsirov Qahirədə beynəlxalq simpoziumda Azərbaycanı təmsil edib – gənc istedadların üzə çıxarılmasının əhəmiyyətindən danışıb

Aynur Camal

Van Qoqun rəsm əsəri hərracda 190,4 milyon dollara satılaraq rekord qırdı

Aynur Camal

Robert Pattinson Ceyms Bond rolunun yeni ifaçısı olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu