Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi son 5 ildə 6 dəfə artıb

Deputat Vüqar Bayramov Azərbaycan ilə Kamboca arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə sosial media hesabında paylaşım edib.

Bugun.tv xəbər verir ki, deputat paylaşımında Prezident İlham Əliyev və Kambocanın Baş nazirinin bu gün mətbuata bəyanatlarla çıxış etdiklərini qeyd edib. O bildirib ki, iki ölkə arasında iqtisadi münasibətlərin gücləndirilməsi və qarşılıqlı sərmayə qoyuluşlarının artırılması əsas əməkdaşlıq istiqamətlərindəndir.

Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi 25 faiz artaraq 12,7 milyon dollara çatıb. Son beş ildə isə bu göstərici 6 dəfə yüksəlib. Deputat qeyd edib ki, əldə olunan artıma baxmayaraq, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün daha böyük potensial mövcuddur.

Əməkdaşlıq üçün geniş imkanlar var

Paylaşımda Kambocanın iqtisadi göstəricilərinə də diqqət çəkilib. Bildirilib ki, 17 milyon əhalisi olan ölkənin nominal ümumi daxili məhsulu 53 milyard dollar, real ÜDM-i isə 158 milyard dollar təşkil edir. Kambocanın yüngül sənaye məhsulları ölkənin ümumi ixracının 80 faizini təşkil edir.

Deputatın fikrincə, Azərbaycan ilə Kamboca arasında yüngül sənaye, turizm və texnologiya sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Vüqar Bayramov vurğulayıb ki, Kambocanın Baş nazirinin Azərbaycana səfəri, aparılan müzakirələr və razılaşdırılan məsələlər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlanmasına töhfə verə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Milli birliyimizi, bütövlüyümüzü və dəyərlərimizi qorumalıyıq”

Aynur Camal

104 yaşlı tısbağa əməliyyat olunacaq: Dünyanın hər yerindən ona dəstək mesajları gəlir

Aynur Camal

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu