Mədəniyyət

Hicran Fuad Əhmədlinin nəzm və nəsr əsərlərinin təqdimatı keçirildi

Bugun.tv-yə daxil olan məlumata əsasən, bu gün Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə şairə Hicran Fuad Əhmədlinin nəzm və nəsr əsərlərinin təqdimat mərasimi keçirilib.

Tədbir şair, bədii qiraətçi, hərbi mütəxəssis, Vətən müharibəsi veteranı və ictimai xadim Cəbrayıl Qənbərin aparıcılığı ilə baş tutub.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şairə Hicran Fuad Əhmədlinin “Zülmətdən işığa doğru” – hekayələr toplusu,  “Qapımı döyən səs”- şeirlər kitabı və “Qan qoxusu”- dedektiv əsərlərdən ibarət kitabları təqdim olunub.

“Zülmətdən işığa doğru” – hekayələr toplusu,  “Qapımı döyən səs”- şeirlər kitabı və “Qan qoxusu”- dedektiv əsərlərin müəllifi, şairə Hicran Fuad Əhmədli

Qeyd edək ki, şairənin yaradıcılığının ilk təqdimatına onun yaxın oxucuları ilə yanaşı ədəbi mühitin nümayəndələri, elm xadimləri, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdirləri və əməkdaşları, eləcə də kitabların redaktor və korrektorları və.b iştirak ediblər.

Çıxış edənlər gənc yazarın “Zülmətdən işığa doğru” – hekayələr toplusu,  “Qapımı döyən səs”- şeirlər kitabı və “Qan qoxusu”- dedektiv əsərlərdən ibarət kitabları haqqında danışıb və uğurlar arzulayıblar.

Həmçinin aparıcı Cəbrayıl Qənbər tədbirin təşkilinə göstərilən dəstəyə görə Gəncliyə Yardım Fondunun rəhbərliyinə səmimi təşəkkürünü bildirib. Onun peşəkar aparıcılığı və iştirakçılar arasında fikir mübadiləsinə şərait yaratması tədbirin məzmununu daha da zənginləşdirib.

Sonda yazıçı oxucularına imzalı kitablar təqdim edib və foto şəkillər çəkilib.

Aynur Camal

Oxşar xəbərlər

Moda dünyasında incəsənət və qeyri-adi formalar ön plana çıxır

Aynur Camal

Gəncə Dövlət Milli Dram Teatrında “İnsanlıq şərəfinə” tamaşasının premyerası keçirildi

Aynur Camal

Anne Carson 2026-cı il Nobel Ədəbiyyat Mükafatına layiq görüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu