Bugun.tv xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin gələn ay ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə Ukrayna müharibəsinin müzakirəsi üçün üçtərəfli görüş keçirilməsini təklif etdiyi bildirilir.
“The Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, təklifin məqsədi Ukrayna münaqişəsinin Moskvanın maraqlarına uyğun şərtlərlə başa çatdırılmasını müzakirə etməkdir. Qəzetin məlumatlı mənbələrə istinadən yazdığına görə, Putin bu ideyanı oktyabrın 9-da Trampla telefon danışığı zamanı irəli sürüb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mümkün üçtərəfli görüş barədə müzakirələrin aparıldığını təsdiqləyib. Bununla belə, görüşün keçiriləcəyi və gündəliyi ilə bağlı hələ dəqiq razılığın olmadığını bildirib.
ABŞ rəsmisi isə Trampın belə bir görüşə hələ razılıq vermədiyini, ancaq bu ideyaya müsbət yanaşa biləcəyini deyib. Mümkün görüşün noyabrın 18–19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində baş tutması müzakirə olunur.
Mənbə: Reuters
