Dünya

Trampın jurnalistləri Ağ Evdən çıxarmaq istədiyi iddia olunur

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın jurnalistlərin Ağ Evdəki mətbuat brifinqi zalından başqa binaya köçürülməsini istədiyi iddia olunur. “TRT Haber”in “The New York Times” qəzetinə istinadən yaydığı məlumata görə, Tramp bu məsələni keçmiş Ağ Ev mətbuat katibi Karolin Livittlə bir neçə dəfə müzakirə edib.

Nəşrin mövzuya yaxın üç mənbəyə əsaslanan məlumatında bildirilir ki, Tramp 2026-cı ilin avqustunda jurnalistlərin Ağ Ev binasından kənara çıxarılmasını istəyib. Lakin Livitt bu istəyin həyata keçirilməsi istiqamətində addım atmayıb.

Məlumata görə, jurnalistlərin qonşuluqdakı Eyzenhauer İdarəetmə Binasına köçürülməsi variantı da nəzərdən keçirilib. Bununla belə, məsləhətçilər logistika çətinlikləri və mümkün siyasi nəticələrə görə bu fikrə qarşı çıxıblar.

Ağ Evin kommunikasiya direktoru Stiven Çunq açıqlamasında media haqqında sərt fikirlər səsləndirib və mümkün addımlarla bağlı bütün variantların nəzərdən keçirildiyini bildirib.

Ağ Ev müxbirləri isə binadan uzaqlaşdırılmağın məlumat əldə etmək imkanlarını və operativ işləmələrini məhdudlaşdıra biləcəyindən narahatdırlar. Hələlik jurnalistlərin köçürülməsi ilə bağlı yekun qərarın verildiyi açıqlanmayıb.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ müdafiə naziri: Ukraynaya münasibətimiz dəyişməyib

Aynur Camal

OpenAI modellərinin təhlükəsizlik nəzarətini söndürdüyü bildirilir

Aynur Camal

İran: Zənginləşdirilmiş uranın bir qramı belə ölkədən çıxarılmayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu