Beynəlxalq Cinayət Məhkəməsi, Tomoko Akane, BMT, ABŞ sanksiyaları, beynəlxalq hüquq, beynəlxalq ədalət, Donald Tramp, Haaqa
Dünya

Beynəlxalq Cinayət Məhkəməsinin rəhbəri BMT üzvlərini qurumu müdafiə etməyə çağırdı

Bugun.Tv xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akane ABŞ-ın tətbiq etdiyi sanksiyalar fonunda bütün BMT üzvü dövlətləri məhkəmənin fəaliyyətini müdafiə etməyə çağırıb.

“Associated Press”in məlumatına görə, Akane noyabrın 2-də BMT Baş Assambleyasına videobağlantı vasitəsilə müraciət edib. O, ABŞ sanksiyaları səbəbindən tədbirdə şəxsən iştirak edə bilməyib.

Yaponiyalı hakim çıxışında ABŞ administrasiyasını beynəlxalq ədalət mexanizminə mane olmaq cəhdində ittiham edib və 193 BMT üzvünün hamısını, o cümlədən məhkəməyə üzv olmayan ölkələri də qurumu müdafiə etmək üçün konkret addımlar atmağa çağırıb.

ABŞ administrasiyası oktyabrın 9-da Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar elan edib. Vaşinqton bu addımları məhkəmənin ABŞ və müttəfiqləri, o cümlədən İsraillə bağlı araşdırmalarına etirazla əsaslandırıb.

2002-ci ildə yaradılan BCM müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi ağır cinayətləri araşdırır. ABŞ isə məhkəmənin üzvü deyil.

Akane sanksiyalara baxmayaraq qurumun fəaliyyətini müstəqil və qərəzsiz şəkildə davam etdirəcəyini bildirib.

Mənbə: Associated Press

Aynur Camal

Oxşar xəbərlər

Səhər yeməyini bir fincan qəhvə və ya çayla əvəz etmək olarmı?

Aynur Camal

Braziliyada qurbağaların yoxa çıxmasının 50 illik sirrinə mümkün izah tapılıb

Aynur Camal

ABŞ Myanma ilə sülh danışıqlarını nadir torpaq elementlərinə çıxışla əlaqələndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu