Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Tramp üçün “topal ördək” mərhələsi başlaya bilər

Bugun.Tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrini şərh edib. O, sosial media hesabında paylaşdığı təhlildə Demokratlar Partiyasının Respublikaçılar üzərində üstünlük əldə etməsinin Donald Tramp administrasiyası üçün ciddi siyasi zərbə olduğunu bildirib.

Ekspertin fikrincə, seçkilərin nəticələri Trampın daxili və xarici siyasətinə ictimai narazılığın göstəricisidir. O hesab edir ki, Respublikaçıların ənənəvi olaraq güclü mövqelərə malik olduğu bəzi ştatlarda da məğlubiyyətlə üzləşməsi partiya daxilində Trampa qarşı narazılığı artıra bilər.

Məhəmməd Əsədullazadənin qənaətinə görə, Demokratların Konqresdə mövqelərini gücləndirməsi yanvar ayından etibarən Trampın qərarvermə imkanlarını çətinləşdirə və ona qarşı impiçment təşəbbüsünü gündəmə gətirə bilər.

Ekspert ABŞ-ın xarici siyasətində də dəyişikliklərin mümkün olduğunu düşünür. Onun fikrincə, Trampın Rusiya Prezidenti Vladimir Putinə münasibəti, İran məsələsində Vaşinqtonun mövqeyi və Qəzza ilə bağlı siyasəti Demokratların tənqid etdiyi əsas istiqamətlərdir. Demokratların isə ABŞ-ın beynəlxalq nüfuzunu və ənənəvi müttəfiqləri ilə münasibətlərini bərpa etməyə çalışacağı gözlənilir.

Azərbaycanla bağlı məsələyə toxunan Əsədullazadə Demokratların Konqresdə güclənməsinin anti-Azərbaycan dairələrinin fəallığını artıra biləcəyini istisna etməyib. Bununla belə, o, həmin dairələrin ciddi siyasi nəticələr əldə edəcəyini gözləmədiyini bildirib. Ekspert bu mövqeyini Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət, Ermənistanın Azərbaycanla sülh və əməkdaşlıqda maraqlı olması, həmçinin ABŞ-ın regionda Rusiya və İranın təsirinin genişlənməsində maraqlı olmaması ilə əsaslandırıb.

Məhəmməd Əsədullazadə hesab edir ki, Donald Tramp qarşıdakı dövrdə Konqresdə daha ciddi siyasi müqavimətlə üzləşə bilər. Onun fikrincə, prezident yeni siyasi səhvlərdən yayınmağa çalışacaq, çünki Konqresdə qüvvələr nisbətinin dəyişməsi impiçment ehtimalını da gündəmə gətirə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Demokratlar Konqresin hər iki palatasına nəzarəti ələ keçirdi

Aynur Camal

ABŞ Myanma ilə sülh danışıqlarını nadir torpaq elementlərinə çıxışla əlaqələndirir

Aynur Camal

Azərbaycanlı alim Seymur Nəsirov Seneqal səfirliyi tərəfindən təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu