Bugun.Tv xəbər verir ki, Şimali Koreya noyabrın 4-də ölkənin şərq sahilləri istiqamətində bir neçə raket buraxıb. Cənubi Koreya hərbçiləri hadisəni qeydə alaraq raketlərin xüsusiyyətlərinin araşdırıldığını açıqlayıblar.
“Associated Press”in məlumatına görə, buraxılışlar Şimali Koreyanın ABŞ-la diplomatik danışıqları bərpa etmək niyyətində olmadığını bildirməsindən bir neçə saat sonra baş verib.
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq ABŞ-ın Federal Təhqiqatlar Bürosunun ölkə hakerlərinin “Binance” kriptovalyuta platformasına qarşı 6 milyard dollardan çox vəsaitin oğurlanması ilə nəticələnən hücumda iştirakına dair ittihamlarını rədd edib. O, Vaşinqtonun açıqlamasını Pxenyana qarşı düşmən siyasətin davamı adlandırıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raket buraxılışlarının qeydə alındığını, ABŞ və Cənubi Koreya mütəxəssislərinin hadisənin detallarını araşdırdığını bildirib.
Ekspertlər hesab edirlər ki, Pxenyanın bu addımı Vaşinqtonla mümkün danışıqlarda mövqeyini gücləndirmək cəhdi ola bilər.
Mənbə: Associated Press
