Donald Tramp, Oval kabinet, Ağ Ev, milli abidə, ABŞ prezidentliyi, Nazirlər Kabineti otağı, tarixi məkanların qorunması, ABŞ siyasəti
Dünya

Tramp Oval kabinetin tarixi abidə statusu almasını istəyir

ABŞ Prezidenti Donald Tramp Ağ Evin ən mühüm tarixi məkanlarından sayılan Oval kabinetin və Nazirlər Kabineti otağının gələcəkdə əsaslı şəkildə dəyişdirilməsinin qarşısını almaq üçün yeni təşəbbüs irəli sürüb.

Bugun.tv xəbər verir ki, Tramp noyabrın 5-də Oval kabineti, onun xarici hissəsini və Nazirlər Kabineti otağını milli abidə elan edən sənəd imzalayıb. Reuters agentliyinin məlumatına görə, prezident bu addımın həmin məkanların tarixi və memarlıq xüsusiyyətlərinin qorunmasına xidmət etdiyini bildirib.

Trampın sözlərinə görə, gələcəkdə bu otaqların quruluşunda əsaslı dəyişiklik etmək istəyən prezident bunun üçün Konqresin razılığını almalı olacaq. O, Oval kabinetin formasının dəyişdirilərək kvadrat otağa çevrilməsi ehtimalını misal çəkib.

Məkanların tarixi əhəmiyyəti vurğulanır

Oval kabinet və Nazirlər Kabineti otağı 1930-cu illərdən bəri Ağ Evin Qərb qanadında yerləşir. Bu məkanlar ABŞ prezidentlərinin mühüm daxili və beynəlxalq görüşlərinə ev sahibliyi edib.

İmzalanan sənədə əsasən, ABŞ Daxili İşlər Nazirliyi Milli Parklar Xidməti ilə birlikdə bu məkanların tarixi görünüşünün və memarlıq xüsusiyyətlərinin qorunması üçün idarəetmə planı hazırlamalıdır. Bununla belə, sənəd prezidentin otaqlarda adi bəzək və mebel dəyişiklikləri aparmaq səlahiyyətini məhdudlaşdırmır.

Reuters qeyd edir ki, Trampın Ağ Evdə apardığı dəyişikliklər, o cümlədən Oval kabinetə qızılı bəzəklərin əlavə edilməsi və Şərq qanadının sökülməsi ictimai müzakirələrə səbəb olub.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Onilliklər sonra exidnalar yenidən tapılıb

Aynur Camal

Yəmənin Taiz şəhərində zibil böhranı: sakinlər tullantıları yandırmağa məcbur qalır

Aynur Camal

Tayvanda Panasonic zavodunda yanğın: iki nəfər öldü, beş nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu