Vüqar Bayramov, Dövlət Bayrağı Günü, 9 Noyabr, Azərbaycan bayrağı, üçrəngli bayraq, Ginnesin Rekordlar Kitabı, milli dövlətçilik, Azərbaycan müstəqilliyi
Baş xəbər

Vüqar Bayramov: Üçrəngli bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir

Deputat Vüqar Bayramov 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə öz sosial media hesabında paylaşım edib.

Bugun.tv xəbər verir ki, deputat paylaşımında Azərbaycan bayrağının dövlətçiliyimizin, müstəqilliyimizin və milli kimliyimizin əsas rəmzlərindən biri olduğunu vurğulayıb.

Vüqar Bayramov xatırladıb ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. O, Ümummilli Lider Heydər Əliyevin bayraq haqqında fikirlərini xatırladaraq qeyd edib ki, Azərbaycan bayrağı sadəcə dövlət rəmzi deyil, həm də dövlətçiliyimizin və müstəqilliyimizin ifadəsidir.

Deputat dünyanın ən böyük dalğalanan bayrağının Azərbaycanda yerləşməsinə də diqqət çəkib. Onun sözlərinə görə, Bakıdakı Dövlət Bayrağı Meydanında ucaldılan nəhəng üçrəngli bayraq 2024-cü il noyabrın 6-da ölçülərək Ginnesin Rekordlar Kitabına daxil edilib.

Vüqar Bayramov Danimarkanın milli bayrağı olan Dannebrogun isə dünyada fasiləsiz istifadə edilən ən qədim milli bayraq kimi tanındığını xatırladıb.

Deputat vurğulayıb ki, üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımızın qürurunun və milli kimliyinin təcəssümüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfərdən sonra azad edilmiş ərazilərə ilk səfərləri zamanı həmin torpaqlarda Azərbaycan bayrağının ucaldılması da tariximizin unudulmaz anlarından biridir.

Vüqar Bayramov paylaşımını “Bayraq Gününüz mübarək!” sözləri ilə tamamlayaraq üçrəngli bayrağımızın daim ucalarda dalğalanmasını arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəflənir

Aynur Camal

Üçrəngli bayrağımız 108 yaşında: 9 noyabr Dövlət Bayrağı Günüdür

Aynur Camal

Bakı Hindistanın Divali bayramının rəngarəng ab-havasına büründü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu