Maraqlı faktlar

İki yeni ulayan meymun növü müəyyən edildi

Bugun.tv xəbər verir ki, alimlər Amazon meşələrində yaşayan ulayan meymunların genetik xüsusiyyətlərini araşdırarkən elmə əvvəllər məlum olmayan iki növ müəyyən ediblər. Kəşf Cənubi Amerikanın biomüxtəlifliyinin öyrənilməsi baxımından mühüm hesab olunur.

“Live Science” nəşrinin məlumatına görə, tədqiqatçılar genetik məlumatları, heyvanların fiziki xüsusiyyətlərini və muzeylərdə qorunan nümunələri müqayisə edərək bu nəticəyə gəliblər.

Yeni müəyyən edilən növlərdən biri Braziliyanın şimal-qərbində yaşayan Pantepui qırmızı ulayan meymunu, digəri isə ölkənin cənubundakı Mato-Qrosso bölgəsində yayılmış qırmızı ulayan meymundur.

Araşdırmaçılar xüsusilə ikinci növün yaşayış ərazisinin meşələrin qırılması və kənd təsərrüfatının genişlənməsi səbəbindən təhlükə altında ola biləcəyini bildirirlər. Onun qorunma statusunun müəyyənləşdirilməsi üçün əlavə qiymətləndirməyə ehtiyac var.

Tədqiqatçılar hesab edirlər ki, yeni növlərin müəyyən edilməsi onların yaşayış mühitinin qorunması və gələcəkdə aparılacaq ekoloji araşdırmalar üçün mühüm əhəmiyyət daşıyır.

Mənbə: LiveScience

Aynur Camal

Oxşar xəbərlər

2026-cı ildə üç dəfə 13-ü cümə gününə təsadüf edib: növbəti belə tarix nə vaxt olacaq?

Aynur Camal

100 plastik butulkadan günəş enerjili suqızdırıcı hazırlayıb qənaət edə bildi

Aynur Camal

Köhnə xəritədəki üç söz 346 illik gəmi xəzinəsinin izinə aparıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu