qarğalar, şəhər heyvanları, quşların davranışı, Binghamton Universiteti, heyvanların uyğunlaşması, bioloji araşdırma, insan baxışı, Behavioral Ecology
Dünya

Araşdırma: Şəhər qarğaları insanın baxış istiqamətinə diqqət edir

Bir çox tədqiqatlar zamanı, şəhər və kənd mühitində yaşayan qarğaların davranışları arasında maraqlı fərqlər aşkar edilib. Araşdırmaya görə, şəhər qarğaları tanımadıqları əşyalara qarşı daha ehtiyatlı yanaşır, eyni zamanda insanların baxış istiqamətini nəzərə alaraq təhlükəni qiymətləndirirlər.

Bugun.tv xəbər verir ki, bu nəticələr ABŞ-ın Binghamton Universitetinin bioloqları Deyv Koluççi və Enn Klarkın apardığı tədqiqatda əldə olunub. Araşdırmanın nəticələri “Behavioral Ecology” elmi jurnalında dərc edilib.

Alimlər Nyu-York ştatının İtaka şəhərində yaşayan 10 qarğa ailəsini yaxınlıqdakı kənd ərazisində məskunlaşan daha 10 ailə ilə müqayisə ediblər. Təcrübələr zamanı quşlara qida ilə yanaşı daş, qarğıdalı, yemək qutusu və digər əşyalar təqdim olunub. Məlum olub ki, qarğalar yaşadıqları mühitdə tez-tez rastlaşdıqları əşyalara daha asan alışırlar.

Tədqiqatın digər mərhələsində şəhər qarğalarının insanın baxışına xüsusi diqqət yetirdiyi üzə çıxıb. İnsan birbaşa quşa baxmadıqda, sıx məskunlaşmış ərazilərdə qarğalar onun daha yaxın məsafəyə qədər yaxınlaşmasına imkan veriblər. Bəzi hallarda bu fərq 25 metrə çatıb. Kənd qarğaları isə insanın hara baxmasından asılı olmayaraq daha uzaq məsafədə uçub uzaqlaşmağa üstünlük veriblər.

Alimlər bu fərqləri quşların yaşadıqları mühitdə topladıqları təcrübə ilə əlaqələndirirlər. Nəticələr heyvanların şəhər həyatına uyğunlaşarkən ətrafdakı insan davranışlarını da nəzərə aldığını göstərir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər B12 vitaminindən istifadə etməklə yeni enerji batareyası hazırlayıblar

Aynur Camal

Almaniya maliyyə savadlılığını artırmaq üçün ilk milli strategiyasını qəbul edib

Aynur Camal

Çində APEC sammiti ərəfəsində 100-dən çox robot eyni vaxtda rəqs etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu