iş-həyat balansı, əmək bazarı, yüksək maaş, çevik iş saatları, məsafədən iş, Adecco araşdırması, süni intellekt, işçilərin seçimləri
Dünya

Araşdırma: İşçilər artıq yüksək maaşdan daha çox iş-həyat balansına üstünlük verirlər

Bugun.tv xəbər verir ki, dünyada çalışan insanların iş seçimləri ilə bağlı üstünlükləri dəyişir. Beynəlxalq araşdırmaya əsasən, işçilər üçün yeni iş axtararkən yüksək maaşdan daha çox şəxsi həyatla iş arasında balans, çevik iş saatları və məsafədən işləmək imkanları əhəmiyyət kəsb etməyə başlayıb.

“The Guardian” nəşrinin məlumatına görə, beynəlxalq işə qəbul şirkəti Adecco tərəfindən 40 mindən çox əməkdaş arasında keçirilən sorğuda bu tendensiya üzə çıxıb. Şirkətin yeddi ildir hazırladığı “World of Work” hesabatında ilk dəfə olaraq əməkhaqqı iş yerini dəyişmək istəyənlərin əsas səbəbləri sırasında əvvəlki mövqeyini itirib.

Adecco şirkətinin baş icraçı direktoru Denis Maşuel bildirib ki, işçilərin ofisə həftənin beş günü gəlməsini tələb edən şirkətlər yeni əməkdaşların cəlb edilməsində çətinliklərlə üzləşirlər.

Araşdırmada süni intellektin əmək bazarına təsiri də diqqət çəkib. Sorğuda iştirak edənlərin 78 faizi iş prosesində süni intellekt köməkçilərindən istifadə etdiyini bildirib. Süni intellektin iş proseslərinə uğurla inteqrasiya edildiyi müəssisələrdə əməkdaşlar gündəlik vaxtlarına 20 faiz daha çox qənaət etdiklərini qeyd ediblər.

Nəticələr göstərir ki, müasir əmək bazarında iş şəraiti, çeviklik və şəxsi həyata ayrılan vaxt iş seçimində getdikcə daha mühüm rol oynayır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Kiçik bir köçəri quş Sibirdən İngiltərəyə 11 min kilometrlik səyahətini başa vurdu

Aynur Camal

İqlim dəyişikliyi üzrə beynəlxalq hesabatın gecikdirilməsi qlobal səylərə təhlükə yarada bilər

Aynur Camal

Neft emalı müəssisəsində partlayış: bir işçi həyatını itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu