Böyük Britaniya, süni intellekt, döş xərçəngi, mammoqrafiya, tibbi texnologiya, erkən diaqnostika, qadın sağlamlığı, tibbi tədqiqat
Maraqlı faktlar

700 min qadının iştirakı ilə süni intellekt sınağı keçiriləcək

Böyük Britaniyada döş xərçənginin daha erkən aşkarlanmasına kömək etmək məqsədilə süni intellekt texnologiyasının tətbiqi üzrə genişmiqyaslı sınaq başladılır. Üç il davam edəcək layihəyə ölkə üzrə təxminən 700 min qadının cəlb olunması nəzərdə tutulur.

Bugun.tv xəbər verir ki, bu barədə noyabrın 23-də Kembric Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutunun Biotibbi Tədqiqatlar Mərkəzi məlumat yayıb.

“EDITH” adlanan layihə süni intellektin süd vəzi xərçənginin müayinəsində həkimlərə nə dərəcədə kömək edə biləcəyini araşdıracaq. Tədqiqat üçün 10 milyon funt sterlinq vəsait ayrılıb. Sınaq ilkin olaraq Kembricşirdə başlayıb, daha sonra Böyük Britaniyanın 30 süd vəzi müayinəsi mərkəzini əhatə edəcək.

Hazırda mammoqrafiya görüntüləri iki mütəxəssis tərəfindən yoxlanılır. Yeni sınaqda isə süni intellekt görüntülərin təhlilində həkimlərə kömək edəcək və gözlə görünməsi, yaxud əllə hiss edilməsi çətin olan xərçəng əlamətlərinin aşkarlanmasına dəstək verəcək.

Həkim nəzarəti saxlanılacaq

Tədqiqatın məqsədlərindən biri görüntülərin bir mütəxəssis və süni intellekt vasitəsilə yoxlanılmasının mümkünlüyünü qiymətləndirmək, bununla da həkimlərin iş yükünü və müayinə gözləmə müddətini azaltmaqdır.

Layihə çərçivəsində bütün mammoqrafiya görüntülərinə ən azı bir radioloq baxacaq. Qadınların müayinə prosesi dəyişməyəcək və iştirak etmək istəməyənlər sınaqdan imtina edə biləcəklər.

Mənbə:  cambridgebrc.nihr.ac.uk

Aynur Camal

Oxşar xəbərlər

Alimlər Ay torpağını təqlid edən mühitdə kartof yetişdirdilər

Aynur Camal

Yüzlərlə qədim tabut və qızıl əşyalarla zəngin nekropol aşkarlanıb

Aynur Camal

Yarpaqları mirvari kimi görünən qeyri-adi bitki: Bu, nə çiçək, nə də meyvədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu