7 C
Baku
9 Fevral 2026, 12:00
Baş xəbərDünya

Vladimir Putin Qazaxıstana səfər edəcək

“Qazaxıstanın paytaxtı Nur-Sultanda  keçiriləcək Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair iclasda və MDB sammitində V.Putinin  iştirak etməsi planlaşdırır”- Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov bildirib.

Bunu Bugün.tv TASS-a istinadən xəbər verir.

 “Ümumiyyətlə, prezidentin xarici siyasət cədvəlindən danışsaq, o, kifayət qədər məşğuldur. <…> Liderimizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirakı gözlənilir – bu, Nur- Sultanda oktyabrın ortalarında (12-14) olacaq”, – deyə o bildirib.

Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın fəaliyyətlərində dünya əhalisinin demək olar ki, yarısının yaşadığı Asiyanın 90%-ə yaxın ərazisini tutan ölkələr iştirak edir. İndi Konfrans 27 dövləti birləşdirir.

Bundan əlavə, Uşakov əlavə edib ki, Putinin Qazaxıstanda olduğu müddətdə “Rusiya-Mərkəzi Asiya formatında sammitin keçirilməsi planlaşdırılır”.

Xatırladaq ki,  iki dövlət başçısı sonuncu dəfə avqustun 19 Soçidə görüşüb.

Aynur Camal

Oxşar xəbərlər

İran: ABŞ-ın vurduğu nüvə obyektlərində partlamamış bombalar var

Aynur Camal

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu