Baş xəbərDigər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb

Bugün.tv Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, cari ilin oktyabr ayında Bakıda  MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilməsi planlaşdırılır.

Sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb və keçiriləcək iclasla bağlı təşkilati məsələlər müzakirə olunub.

Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov – Bu gün müsəlmanlar Mövlud gününü qeyd edir

Aynur Camal

Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasına çağırdı

Aynur Camal

Vüqar Bayramov: Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 34 faiz artdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu