Baş xəbər

Rəşad Məcid Mətbuat Şurasının yeni sədri seçilib

“İndi informasiya məkanı genişlənib. Mətbuat Şurası İdarə Heyətinə seçilən yeni üzvlərlə birlikdə Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq”.

Bugün.tv “Report”a istinadən məlumat verir ki,  bu fikirləri Mətbuat Şurasının yeni sədri Rəşad Məcid jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Mətbuat Şurası jurnalist adına xələl gətirən insanlara müraciət edəcək:

“Biz onları etik davranışlara uyğun olaraq fəaliyyət göstərməyə çağıracağıq. Mətbuat Şurası bundan sonra da əvvəlki ənənələrini daha da inkişaf etdirəcək. Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərindən olan gözləntilərinin doğrulması sahəsində Mətbuat Şurasının böyük rolu olacaq”.

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

28 May – Azərbaycan xalqının istiqlal yolunun başlanğıcı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu