8 C
Baku
18 Fevral 2026, 19:21
Dünya

Avstraliya da silahlı atışma baş verib

Xarici xəbərlər. 

Avstraliyanın ucqar bir mülkündə şübhəli bilinən pusqudan sonra ikisi polis məmuru olmaqla altı nəfər güllələnib.

Polis bildirib ki, onlar Kvinslend ştatının Brisben şəhərindən 270 km qərbdə yerləşən Wieambilla şəhərində itkin düşən şəxsi axtarırdılar.

Uzun sürən mühasirədən sonra üç şübhəli polis tərəfindən güllələnib. Səlahiyyətlilər bildiriblər ki, motiv hələ də bəlli deyil.

Baş nazir Anthony Albanese bunu Avstraliya üçün “ürək parçalayan gün” adlandırıb. “Bizim ölkə dünyada silahlı atışmaların nadir olduğu yerdir. Bu bizim üçün çox ağırdır”-deyə O bildirib.

Vəzifələrini icra edən polis əməkdaşları 26 yaşlı Metyu Arnold və 29 yaşlı Reyçel Makkrou mülkə yaxınlaşarkən güllələniblər. Onlar karyeralarına yenicə başlamışdılar.

Səlahiyyətlilərin bildirdiyinə görə, mühasirə “çoxlu silah”ı əhatə edib və şübhəlilər – iki kişi və bir qadın – xüsusi təlim keçmiş zabitlər tərəfindən vurulana qədər saatlarla davam edib. BBC.

Aynur Camal

Oxşar xəbərlər

Starmer və Trump Rusiyanın müharibə və İran məsələsini müzakirə etdilər

Aynur Camal

ABŞ–İran nüvə danışıqlarında “irəliləyiş” açıqlaması verilib

Aynur Camal

BMT: Qəzzaya humanitar çıxış hələ də kifayət deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu