Dünya

Dmitri Oleqoviç Moskvaya aparılacaq

Xarici Xəbərlər. 

Xarici KİV-nin verdiyi xəbərə görə, Roqozinin vəziyyəti güman ediləndən ağırdır.

“Hələ ki Dmitri Oleqoviç əməliyyat olunmayıb. Donetsk və Rostovdakı həkimlər əməliyyatın mürəkkəbliyini nəzərə alaraq əməliyyat keçirməyə qərar verməyiblər. Moskvaya aparıldıqdan sonra lazımi tibbi yardımın göstərilməsinə həkimlər şurası qərar verəcək”, – köməkçi bildirib.

Hazırda hərbi məsləhətçilər qrupunun rəhbəri Rostovdakı Hərbi Klinik Hospitalındadır. Onun onurğasına mina qəlpəsi tuş gəlib.

 Xatırladaq ki, D.Roqozin cümə axşamı Donetskdə yaralanıb. O, köməkçiləri ilə birgə könüllülər birliklərinin birindən qayıtdıqdan sonra işgüzar görüş zamanı atəşə tutulub. Roqozin və Donetskdə atəşə tutulan daha iki yaralı Rostovdakı Hərbi Klinik Hospitalına aparılıb. Hadisə zamanı Roqozinin köməkçisi Mixail Bridasov ölüb.

Aynur Camal

Oxşar xəbərlər

Livana hücumlar: ölüm sayı 3400-ü keçdi

Aynur Camal

Putin Rumıniyada yaşayış binasına düşən PUA ilə bağlı iddialara münasibət bildirdi

Aynur Camal

Rusiya Ermənistanın məşhur mineral su markasını qadağan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu