Mədəniyyət

N.Dostəliyeva: “Musiqilərimiz getdikcə bayağılaşır”

“Musiqimizi qorumaq lazımdır. Dahilərimiz bu sənəti, musiqini bizim üçün yazıb qoyub gediblər. Heç kimin ixtiyarı yoxdur ki, o musiqiləri bayağılaşdırsın. Musiqimiz bayağılaşıb. İnsanlar da buna alışıb. Bunun da səbəbkarı sənəti düzgün təbliğ etməyən sənətçilərdir. Gənclərə görüşəndə tövsiyyə edirəm, qulaq asarlar, asmazlar özləri bilərlər”.

Bu sözləri xalq artisti Nazpəri Dostəliyeva Bugun.tv-yə müsahibə verərkən deyib.

Xalq artisti onu da  qeyd etdi ki, mən heç bir vaxt sənətimizə, incəsənətimizə bayağılıq gətirməmişəm və gətirənlərə qarşı da mübarizə aparmışam. Hamı belə olsa, musiqimiz yaşayacaq. Gənclərimizin əksəriyyəti bayağı mahnılar ifa edir. 15 ilə yaxın İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşam, tələbələr gəlib deyirdilər ki, müəllimə elə mahnılar öyrənmək istəyirik ki, toya gedək. Onlara deyirdim ki, daha niyə ali təhsil almaq istəyirsən?

Bugün TV

Oxşar xəbərlər

Hindistanın zəngin ədəbi irsi Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Aynur Camal

Hicran Fuad Əhmədlinin nəzm və nəsr əsərlərinin təqdimatı keçirildi

Aynur Camal

Moda dünyasında incəsənət və qeyri-adi formalar ön plana çıxır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu