Image default
Baş xəbərDünya

Prezidentin yeni il zarafatı:”Yaxınlarda seçki varmı”?

Xarici Xəbərlər. 

Bayden zarafatla qarşıdan gələn prezident seçkilərindən xəbəri olmadığını deyib.

Jurnalistlər ondan bayram zamanı növbəti dəfə prezident seçilmək imkanını müzakirə edib-etmədiyini soruşublar. “Yaxınlarda seçki varmı? Mən bunu bilmirdim”- deyə cavab verən ABŞ prezidenti 2023-cü ilin yaxşı il olacağına əminliyini də ifadə edib.

Ondan yeni il tətilinin necə keçdiyi də soruşulub. Bayden nəvələrinin, qızının və “bütün ailəsinin” yanında olmağının nə qədər gözəl olduğundan danışıb- Ağ Evin mətbuat katibi bildirib.

Xatırladılıb ki, Prezident ailəsi ilə birlikdə Yeni ili qeyd edəcəyi Santa Kruz adasında (ABŞ Virciniya adaları) dincəlir.

Mənbə:TASS

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov: 15 İyul Türkiyə xalqının iradə və həmrəyliyinin simvoludur

Aynur Camal

Məhəmməd Əsədullazadə: Prezident İlham Əliyevin Şuşada verdiyi mesaj mühüm siyasi əhəmiyyət daşıyır

Aynur Camal

Fransa mətbuatı millinin məğlubiyyətini sərt tənqid etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu