Hadisə

“Azəriqaz” İB-nin Baş direktoru: “İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır”

“Çox təəssüf edirik ki, yeni ili belə bir hadisə ilə başladıq. Partlayışla əlaqədar “Azərqaz” İstehsal Birliyinə aid məsələlərlə bağlı işlər yerinə yetirilib”.

Bugun.tv  xəbər verir ki, bunu hadisə yerində jurnalistlərə açıqlamasında “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev deyib.

O bildirib ki, hazırda binanın qaz təminatı tam dayandırılıb: “Təhlükəsizlik qaydalarına tam əməl edildikdən, bütün kəmərlər yoxlandıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq qazın verişi bərpa olunacaq. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır. Nəyinki həmin mənzilə, həm də digər mənzillərə zərər dəydiyindən qaz sızması ehtimalı böyükdür. Əlavə olaraq 3 mənzilə, həmçinin lift şaxtasına ziyan dəyib”.

Bugün TV

Oxşar xəbərlər

Yeni Dehlidə hava çirklənməsi təhlükəli həddə yaxınlaşdı

Aynur Camal

İspaniyada qatar faciəsindən sonra üç günlük milli matəm elan edildi

Aynur Camal

İki sürətli qatar toqquşdu: ölənlərin sayı 64-ə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu