HadisəKriminal

Qaz xətti keçən kolluq ərazini yandıran şəxs saxlanıldı

Sosial şəbəkələrdə  qaz xətti keçən kolluq ərazini qəsdən yandıran şəxsin görüntüsü yayılıb.

Araşdırmalarla həmin hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyəb edilib.

Hadisə ilə bağlı polis əməkdaşları  əməliyyat keçirib.  Həmin  şəxsin Zərdab rayon, Şahhüseynli kənd sakini 23 yaşlı Emil Rəşidovun  olduğu müəyyən edilib.  O, saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Bugun.tv xəbər verir ki, bu barədə Daxili  İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı hazırda araşdırmalar aparılır.

Bugün TV

Oxşar xəbərlər

Meşə yanğınları Cənub-Şərqi Asiyanı zəhərli dumana bürüdü

Aynur Camal

Tuneldə doqquz gün qalan iki işçi sağ xilas edildi

Aynur Camal

ABŞ feminist hərəkatının tanınmış siması Gloria Steinem 92 yaşında vəfat etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu